Cihada dair hədislər
Hədis.1 →Əbu Musa əl Əşari (r.a)’dən rəvayətə görə, belə demişdir: Bir bədəvi Rasulullahın (s.a.v) yanına gələrək: “Kimisi şöhrət üçün, kimisi gənimət əldə etmək üçün kimisi də cəsarətini göstərmək üçün savaşır, bunlardan hansı Allah yolundadır?” deyə soruşdu. Rasulullah da (s.a.v): “Kim Allahın dini yer üzünə hakim olsun deyə səy göstərib savaşırsa o Allah yolundadır” buyurdu.(Tirmizi, Cihad: 15; Müslim, İmara: 42)
Hədis.2 →Muaz b.Cəbəl (r.a) belə anladır. Rasulullahdan (s.a.v) belə dediyini eşotdim: “Kim, Allah yolunda bir süt sağımına sərf olunan zaman qədər belə savaşarsa, Cənnət ona vacib olar. Kim də səmimi olaraq savaşmaq istər sonra da ölər və ya öldürülərsə ona da şəhid savabı verilir. Kim də Allah yolunda savaşarkən yaralanar və ya başına bir fəlakət gələrsə, qıyamət günü qan içində gələr. O qan, zəfəran rəngində olub, qoxusu da müşk qoxusu kimi olar. Allah yolunda yara alanların üzərində şəhidlik möhürü olar.” (Darimi, Cihad: 5; İbn Macə, Cihad: 15)
Hədis.3 →Əbu Nücəyh əs Sələmi (r.a)’dən rəvayətə görə, belə demişdir: Rasulullah (s.a.v)’dən belə dediyini eşitdim: “Kim Allah yolunda düşmənə bir ox atarsa Cənnətdə bir dərəcə verilər.” Ravi deyir ki: O gün düşmənə on altı ox atmışdım və Rasulullahın (s.a.v)belə dediyini də eşitdim: “Kim Allah yolunda düşmənə bir ox atarsa, bir köləni azad etmiş kimi savab qazanar.” (Tirmizi, Cihad: 10)
Hədis.4 →Ukbə b. Amir (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) belə buyurdu: “Allah bir ox vasitəsi ilə üç insanı Cənnətə qoyar. Birincisi sadəcə xeyir məqsədi ilə ox düzəldəni, ikincisi o oxu düşmənə atanı, üçüncüsü oxun ucu üçün iti dəmir düzəldən kimsəni.” (Tirmizi, Fedailul Cihad: 11; İbn Mace, Cihad: 15)
Hədis.5 →Abdullah b. Sələbə (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) şəhidlər üçün belə buyurdu: “Onları qanlarıyla və qanlı paltarlarıyla dəfn edin. Çünki Allah yolunda yara alan hər kimsə qıyamət günü yarası qanayaraq Allahın hüzuruna gələr, rəngi qan rəngində, qoxusu isə müşk qoxusu kimi olar.” (Tirmizi, Fedailül Cihad: 11; İbn Mace, Cihad: 15)
Hədis.6 →Əbu Hüreyrə (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) belə buyurdu: “Kim cihad etmədən və cihad üçün niyyətlənmədən ölərsə münafiq kimi ölər.” (Çünkü münafiqlər nə cihada çıxmaq istəməzlər nə də cihad üçün hazırlıq görməzlər.) (Darimi, Cihad: 38; Əbu Davud, Cihad: 4)
Hədis.7 →Amr (r.a)’dan rəvayətə görə, belə demişdir: Cabir belə söyləyərkən eşitdim: Uhud savaşında bir adam Rasulullaha (s.a.v): “Allah yolunda savaşarkən öldürülsəm mən hara gedəcəyəm” deyə soruşdu. Rasulullah da (s.a.v): “Cənnətə” buyurdu. Bu sözdən sonra o adam yediyi xurmaları bir tərəfə ataraq, savaş meydanına qatıldı və ölüncəyə qədər savaşdı. (Müslim, İmara: 41; Müsnəd: 8021
Hədis.8 →Ubadə b. Samit (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) belə buyurdu: “Yer üzündə heç bir insan Allah qatında xeyirlərə nail olub Cənnətə girməyə haqq qazanmışdırsa, dünya və içindəkilər ona verilsə belə təkrar sizin yanınıza dönmək istəməz. Ancak şəhid belə deyildir, o təkrar dirildilib yenidən şəhid olmaq istəyər.” (Müsnəd: 21686)
Hədis.9 →Əbu Hüreyrə (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) belə buyurmuşdur: “Allahın dinini yer üzündə hakim qılmaq üçün səy göstərən kimsənin çıxardığı toz ilə Cəhənnəm dumanı bir insanda birləşməz. İman ilə simiclik mömin bir kimsənin qəlbində birləşməz.” (Tirmizi, Fədailul Cihad: 8; Darimi, Cihad: 8)
Hədis.10 →Əbu Hüreyrə (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) belə buyurmuşdur: “Şəhid ölərkən, sizdən birinizin çimdikdən duyduğu ağrı qədər bir ağrı duyar.” (İbn Macə, Cihad: 16; Darimi, Cihad: 20)
Hədis.11 →Əbu Hüreyrə (r.a)’dən rəvayətə görə, Rasulullah (s.a.v) belə buyurmuşdur: “Allahın əzabından qorxaraq gözyaşı tökən bir kimsə, süt məməyə təkrar girincəyə qədər atəş o kimsəni yandırmaz. Allahın dinini yer üzündə hakim qılmaq üçün səy göstərən kimsənin çıxardığı toz ilə Cəhənnəm dumanı bir araya gəlməz.” (Tirmizi, Fədailul Cihad: 8; Dârimi, Cihad: 8)
Hədis.12 →Əbu Hüreyrə (r.a) Rasulullah (s.a.v)’dən belə eşitdiyini xəbər vermişdir. “Canım qudrət əlində olan Allaha and olsun ki: Məndən ayrı qalmağa razı olmayan möminlər olmasaydı və mən də onlara artıq yük olmayacağını bilsəydim, Allah yolunda heç bir savaşdan geri qalmazdım. Canım qudrət əlində olan Allaha and olsun ki: Allah yolunda ölüb təkrar dirilməyi, təkrar ölüb təkrar dirilməyi, təkrar ölüb təkrar dirilməyi və təkrar ölməyi çox istərdim.” (Buxari, Cihad ve Siyer: 7; Müslim, İmara: 28)