Namaza dair hədislər
Hədis.1 → İbn Ömər rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurur: «İslam beş dayaq üzərində qurulmuşdur: "Allahdan başqa ibadətə layiq olan ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə yetirmək, zəkat vermək, Kəbəni ziyarət etmək və Ramazan orucunu tutmaq" (Səhihul Buxari 8 ,Səhih Muslim, 16 )
Hədis.2 → Muaz ibn Cəbəl (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər işin başı İslam, dirəyi namaz və zirvəsi də cihaddır.” (Sünəni-Tirmizi, Kitabul-İman, Hədis № 2749)
Hədis.3 → Abdullah ibn Məsuddan (r.a) rəvayət olunur: “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s): “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana və ataya yaxşılıq etməkdir” buyurdu. Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Müslim Kitabul-İslam, 137)
Hədis.4 → İbn Cüreyc (r.a) rəvayət edilir: Mənə Əbu Zübeyir xəbər verdiki, o, Cabir ibn Abdullahın, belə dediyini eşitmişdir: Mən Rəsulullahdan (s.ə.s) belə buyurduğunu eşitdim: “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 2752, 2753)
Hədis.5 → Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bizim qıldığımız namazı qılar, qibləmizə yönələr, kəsdiyimizi yeyərsə, O, Allahın və Rəsulullahın əhd və əmanını haqq edən müsəlmandır. Siz, o kəsin Allaha (və Rəsulullaha) qarşı əhd və əmanına xəyanət etməyin” (Səhihi-Buxari, Kitabus-Salat, c.İ, səh. 102)
Hədis.6 → Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qulun, qiyamət günündə hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazı tam və doğru çıxarsa qurtulmuş və qazanmışdır. Əgər xətalı çıxarsa, a uğrayacaqdır. Fərz namazlar düzgün, ancaq əksik olduğunda (qılmadıqları varsa) Əziz və Cəlil olan Allah buyurur ki: “O qulumun fərz namazlarını nafilələri ilə tamamlayın.” Sonra digər əməlləri də bu tərzlə hesaba çəkilir.” (Sünəni-Tirmizi, Kitabus-Salat, Hədis № 409)
Hədis.7 → Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Bir kəs evində gözəlcə dəstəmaz alar və sonra, Allahın fərzlərindən birini yerinə yetirmək məqsədilə Allahın evlərindən (məscidlərindən) birinə gedərsə, atdığı hər iki addımdan biri bir günahını silər, digəri də onu bir dərəcə yüksəldər.” (Səhihul-Müslim, Kitabul-Məsacid, Hədis №282)
Hədis.8 → Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Allah(s.t) beş vaxt namazı fərz qılmışdır. Kim gözəlcə dəstəmaz alar, namazları vaxtında qılar, rüku və səcdəsini xüşu içində tamamlayarsa, Allahın, o kəsi bağışlayacağına dair bir əhdi vardır. Bunları etməyən kəs üçün isə Allahın hər hansı bir əhdi yoxdur. İstərsə o kəsi bağışlayar, istərsə əzab verər.” (Sünəni Əbi Davud, Kitabus-Salat, Hədis № 425)
Hədis.9 →Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Sizdən birinizin qapısının önündən bir çay axsa və o da bu çayda hər gün beş dəfə yuyunsa, üzərində kirdən bir şey qalarmı?” deyə soruşdu. Ətrafındakılar; “Xeyr, heç bir kir qalmaz” dedilər. Rəsulullah (s.ə.s) da belə buyurdu: “Elə bu, beş vaxt namaza bir misaldır. Allah (cc) bu namaz səbəbiylə xətaları yox edər” (Səhihi-Buxari, Kitabu Məvakitis-Salat, c.İ, səh.134; Səhihi-Müslim, Kitabul Məsacid № 283)
sizin hedisleriniz xosuma geldi gelen defe ne olar bir azcox yazin
İyul 5, 2008 0:10